Avropa çempionatı: Millimiz qrup mərhələsini məğlubiyyətsiz başa vurdu

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

Xeber-ps.com xəbər verir ki, qrupda rəqib tanımayan qızlarımız yarımfinala vəsiqə qazanıblar.

Qızlarımızın budəfəki rəqibi Kipr seçməsi olub. Oyuna sürətli başlayan millimiz Kipr yığması üzərində 68-45 hesablı rahat qələbə qazanıblar.

Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (28 xal, 2 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız qrup lideri kimi yarımfinala yüksəliblər.

Qeyd edək ki, yarımfinal oyunları 13 iyul tarixində baş tutacaq.

0.067571878433228