Amerika Kuboku: Final uğrunda mübarizədə Uruqvay Kolumbiyaya qarşı

Amerika Kubokunun yarımfinalında Uruqvay və Kolumbiya finala yüksəlmək üçün mübarizə aparacaq.

Xeber-ps.com xəbər verir ki, gərgin mübarizə vəd edən görüşün qalibi finalda Argentina millisi ilə qarşılaşacaq.

Nominal meydan sahiblərinin heyətində Ronald Aruxo zədə, Neytan Nandes isə cəza üzündən görüşü buraxmalı olacaqlar. Kolumbiya seçməsində isə zədəlilər və itkilər yoxdur.

Rəqiblər indiyədək ümumilikdə 37 dəfə qarşılaşıblar. Bunlardan 16-da Uruqvay, 11-də isə Kolumbiya millisi qalib gəlib.

Maraqlıdır ki, komandalar arasında keçirilən 37 görüşdən yalnız ikisi peanltilər seriyasınadək uzanıb. Hər iki seriya isə Kolumbiya seçməsinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, görüşü meksikalı hakimlər briqadasından Sezar Arturo Ramuş idarə edəcək.

11 iyul

Yarımfianl

Uruqvay - Kolumbiya

Saat 04:00, "Bank of America Stadium".

0.093522071838379