"Neftçi" xorvatiyalı qapıçısı ilə yollarını ayırdı

"Neftçi" qapıçısı ilə yollarını ayırıb.

Xeber-ps.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı qolkiper İvan Brkiç "ağ-qaralar"ın düşərgəsini tərk edib.

Qeyd edək ki, əlcək sahibi 2022-ci ildən Bakı klubunda çıxış edirdi. O, bu müddət ərzində "Neftçi"nin heyətində 68 oyun keçirib.

0.064475059509277