Ayxan Hacızadə: "Prezidentin sərəncamı XİN-in fəaliyyətinə verilən dəyərin göstəricisidir"

"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən dəyərin göstəricisidir".

Xeber-ps.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"dəki hesabında yazıb.

"Bu yüksək diqqət və etimada görə cənab Prezidentə təşəkkür edirəm!", - A.Hacızadə əlavə edib.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında imzalayıb.

0.21463012695312