Basketbol üzrə yeniyetmə qızlardan ibarət millimiz Avropa çempionatında mübarizəyə başlayır

Sabah Cəbəllüttariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionu oyunları başlayacaq.

Xeber-ps.com xəbər verir ki, A qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz, Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq.

Qızlarımız qrupda növbəti oyunlarını, 10 iyul saat 12:30-da Gürcüstan və 11 iyul saat 12:30-da Kipr millilərinə qarşı keçirəcəklər.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi "YouTube" hesabından canlı olaraq yayımlanacaq.

0.072635889053345