"Əl-İttihad"la görüşdə huşunu itirən misirli futbolçu xəstəxanada vəfat etdi

Misirin "Fyuçe" klubunun futbolçusu Əhməd Refat 31 yaşında ürəktutmasından vəfat edib.

Bu barədə onun klubunun Mətbuat Xidməti məlumat yayıb.

Martın 11-də Misir çempionatında "Əl-İttihad"la matçda Refatın ürəyi dayanıb və o, huşunu itirərək yıxılıb. Daha sonra xəstəxanaya çatdırılan futbolçunun ürəyi bir saat döyünməyib. Bir aydan sonra evinə buraxılan futbolçu müalicəsini davam etdirib.

Futbolçunun ölüm səbəbi ilə bağlı konkret məlumat verilməsə də, vəziyyətinin kəskin pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilib.

Qeyd edək ki, Ə.Refat karyerası ərzində Səudiyyə Ərəbistanının "Əl-Vahda", Misirin "Əl-İttihad", "Zamalek", "Əl-Məsri" və bir sıra klublarında çıxış edib. Futbolçu Misir millisi ilə meydana çıxdığı yeddi oyunda iki qola imza atıb.

0.0675950050354