Kriştianu Ronaldu Avropa çempionatını antirekordla başa vurdu

Ronaldu karyerasında ilk dəfə böyük bir turniri qol vura bilmədən tərk edib.

Məlumata görə, Portuqaliya millisinin hücumçusu üç qrup mərhələsi oyunu və iki pley-off matçında qol vura bilməyib.

Portuqaliya 1/4 final mərhələsində Fransa ilə görüşdə penaltilər seriyasında məğlub olaraq turnirdə iştirakını dayandırıb.

Xatırladaq ki, hazırkı Avropa çempionu turnirin 1/8 finalında İsveçrəyə uduzaraq iştirakını artıq başa vurmuş İtaliya komandasıdır.

Mənbə: Gazeta.ru

0.079991102218628