Amerika Kuboku: Venesuela Kanadaya qarşı

Amerika Kubokunun ¼ final mərhələsinin növbəti oyun günündə Venesuela Kanada ilə qarşılaşacaq.

Xeber-ps.com xəbər verir ki, gərgin mübariz vəd edən görüşə komandalar itkilərlə çıxacaqlar.

Venesuela seçməsində Darvin Maçis cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Kanada millisində isə Tayon Buçanan və Ali Ahmed zədə səbəbindən görüşü buraxmalı olacaqlar.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 05:00-da keçiriləcək görüşü braziliyalı hakimlər briqadasından Uilton Sampaio idarə edəcək.

6 İyul

¼ final mərhələsi

Venesuela - Kanada

Saat 05:00, "AT&T Stadium".

0.10450005531311