"Mançester Siti"nin qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçir

"Mançester Siti" klubunun braziliyalı qolkiperi Ederson Satalanta yeni mövsümdən etibarən Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırlaşır.

Bu barədə idman jurnalisti Fabrizio Romano şəxsi "Instagram" hesabında məlumat verib.

Onun sözlərinə görə, təcrübəli qolkiper Kriştianu Ronaldunun komanda yoldaşı olacaq. "Ən-Nəsr" klubunun qolkiperin keçidi üçün nə qədər məbləğ təklif etdiyi isə hələlik bəlli deyil.

Qeyd edək ki, Ederson Satalanta 2017-ci ildən "Mançester Siti" klubunun şərəfini qoruyur.

0.28399205207825