FIDE şahmatçıların iyul reytinqini açıqlayıb.
Xeber-ps.com xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
39 yaşlı qrosmeyster üç pillə geriləyib. Aktivində 2726 xal olan Məmmədyarov 19-cu pillədə qərarlaşıb.
Teymur Rəcəbov dörd pillə geriləyib. O, 2700 xalla 34-cüdür.
Digər qrosmeysterimiz Rauf Məmmədov (2652) altı addım irəliləyib. Milli üzvü 76-cı yerdədir.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2990) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Hikaru Nakamura (2802) və Fabiano Karuana (2796) izləyirlər.
Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. Dörd pillə geriləyən şahmatçımız 2441 xalla 33-cüdür.
Üç addım geriləyən Gövhər Beydullayeva (2412) 42-cidir. 16 pillə irəliləyən Xanım Balacayeva 2407 xalla 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləməklə 51-ci sıradadır. Gülnar Məmmədova isə "Top-100"ü tərk edib.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2566), üçüncü sırada Ley Tinqjie (Çin, 2548) qərarlaşıb.