"Atletiko Madrid" bir neçə futbolçu ilə yollarını ayırdı

Hücumçu Memfis Depay, eləcə də müdafiəçilər Qabriel Paulista və Mario Hermoso müqavilələrinin başa çatması səbəbindən "Atletiko Madrid"i tərk ediblər.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Eyni zamanda, klub hücumçu Vitolo ilə müqaviləyə xitam verib.

Həmçinin komanda 34 yaşlı sağ cinah müdafiəçisi Sezar Aspilikueta ilə müqavilənin 2025-ci ilə qədər uzadıldığını rəsmən açıqlayıb.

0.30171585083008