Azərbaycan gimnastları Nissen kubokunda dörd medal qazanıblar

İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen kubokunda Azərbaycan idmançıları ikisi qızıl, ikisi bürünc olmaqla dörd medal qazanıblar.

Xeber-ps.com xəbər verir ki, fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova bürünc medal qazanıb.

Sinxron çıxışlarda isə Əli Niftəliyev - Ammar Baxşalıyev cütlüyü qızıl, Ayan Şabanova - Samirə Hüseynova cütlüyü isə bürünc medala sahib çıxıb.

0.08368706703186