Kriştianu Ronaldu AVRO-2024-ün qrup mərhələsində antirekorda imza atıb

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu 2024-cü il Avropa çempionatının qrup mərhələsində ən çox ofsayd vəziyyətinə düşən oyunçu olub.

Məlumata görə, portuqaliyalı hücumçunun 5 dəfə ofsayd vəziyyətində olduğu aşkarlanıb.

Bu göstəricidə ikinci yeri Macarıstan millisinin hücumçusu Barnabas Varqa (4 dəfə) tutub. Üçüncü yeri hücumçular Romelu Lukaku (Belçika), Artem Dovbik (Ukrayna) və Rasmus Hoylund (Danimarka) bölüşürlər - 3 dəfə.

Qeyd edək ki, Kriştianu Ronaldu qrup mərhələsində hər üç matçda iştirak edib və bir məhsuldar ötürmə edib.

Mənbə: Chempionat.com

0.34645509719849