Məşhur aktrisa Olimpiadanın bağlanışında mahnı oxuyacaq

Parisdə keçiriləcək Olimpiadanın bağlanış mərasimində fransız kino ulduzu Marion Kotiyar çıxış edəcək.

O, əfsanəvi Frenk Sinatranın "My Way" mahnısını ifa edəcək.

Aktrisa fransız şansonunun kraliçası Edit Piaf rolu ilə məşhurlaşıb. Kotiyar bu filmdə ən yaxşı qadın roluna görə "Oskar" qazanıb.

Ümumilikdə, Marion indiyədək 92 filmdə rol alıb.

Qeyd edək ki, "My Way" mahnısının bəstəkarı Jak Revo, ilk ifaçısı isə müğənni Klod Fransua olub. Olimpiadanın bağlanışında mahnının hansı versiyada - orijinal fransız və ya ingilis dilində ifa olunacağı hələ məlum deyil.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.

Mənbə: TASS

0.34340214729309