AVRO-2024: Türkiyə növbəti mərhələdə, Çexiya turnirlə vidalaşdı

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Çexiya və Türkiyə milli komandaları arasındakı oyun başa çatıb.

Xeber-ps.com xəbər verir ki, F qrupu çərçivəsindəki görüş 1:2 hesabı ilə türkiyəlilərin xeyrinə nəticələnib.

Bununla da, ay-ulduzlu komanda xalını 6-a çatdıraraq qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

Çexlər isə cəmi 1 xalla turnirlə vidalaşıblar.

26.06.2024, 23:00

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Çexiya və Türkiyə milli komandaları arasındakı oyuna start verilib.

Xeber-ps.com xəbər verir ki, qarşılaşma F qrupu çərçivəsində, Almaniyanın Hamburq şəhərindəki "Folsparkştadion" arenasında keçirilir.

Oyunu İştvan Kovaçın (Rumıniya) başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, bu qrupda lider Portuqaliya 6 xalla növbəti mərhələyə çıxışını təmin edib. Türkiyə 3 xalla ikincidir. Çexiya və Gürcüstan isə hərəyə 1 xalla müvafiq olaraq 3 və 4-cü yerləri tuturlar.

Beləliklə, F qrupunda hər komandanın yarışın növbəti mərhələsinə yüksəlmək şansı hələ də var.

AVRO-2024: Türkiyə növbəti mərhələdə, Çexiya turnirlə vidalaşdı

AVRO-2024: Türkiyə növbəti mərhələdə, Çexiya turnirlə vidalaşdı

0.075172185897827