Qərbi Azərbaycan İcmasından Volker Türkə ETİRAZ

"Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün 2023-cü ilin sentyabr ayında baş vermiş hadisələrə dair qərəzli fikirlər səsləndirməsi ilə bağlı təəssüfünü ifadə edir".

Xeber-ps.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Volker Türkü insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Qərbi azərbaycanlıların Ermənistana, öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət verməyə və bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ermənistanla dialoqunun tərkib hissəsinə çevirməyə çağırır.

0.11888003349304