Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8 631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bunlardan 4 551 nəfəri bakalavriat, 1 267 nəfər magistratura, 1 496 nəfər tam orta ixtisas bazası, 1 317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilənlərin ümumi sayı 85 nəfər olub ki, bunlardan da 63-ü bakalavriat, altı nəfər tam orta ixtisas bazası, 16 nəfər ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olublar.