Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Test imtahanında ana və iki qızı yüksək nəticə əldə ediblər. Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin üç müəllimi Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.
Onlar sevinclərini "Xəzər Xəbər"lə bölüşüblər.
Asya Yusifova sualların asan olduğunu bildirib:
"Riyaziyyat-informatika fənnini tədris edirəm. Suallar gözlədiyimdən də asan idi".
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırma prosesinin 21, 22 və 24 iyun tarixlərində keçiriləcək test imtahanı mərhələsinə 1 930 nəfər təhsilverən cəlb olunub.
Ətraflı süjetdə:
İmtahanda yüksək bal toplayan ana və qızları danışdılar
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək bal toplayıb.
Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.
Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.