Həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxundu

Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elşən Bağırova hökm oxunub.

"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki prokuror Elvin Mirzəyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əfsanə Bağırova bel nahiyəsindən bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elşən Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

0.074154138565063