Murad Sadıqov ilk dəfə olaraq çimərlik sprint yarışlarında mübarizə aparacaq

Bu gün Polşanın Qdansk şəhərində sahil avarçəkməsi və çimərlik sprint üzrə Avropa çempionatına start verilib.

Xeber-ps.com xəbər verir ki, Azərbaycan millisinin idmançısı Murad Sadıqov ilk dəfə olaraq çimərlik sprint yarışlarında mübarizə aparacaq.

Bu növ 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

0.061678886413574