Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Xeber-ps.com xəbər verir ki, Bakı təmsilçisinin mümkün rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
I təsnifat mərhələsində "Şerif" komandası ilə qarşılaşacaq "qartallar" Moldova klubunu keçəcəyi təqdirdə, II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:
"Panatinaikos"(Yunanıstan)
"Makkabi" (Petah Tikva, İsrail)
"Elfsborq" (İsveç) – "Pafos" (Kipr) cütünün qalibi
"Pakş" (Macarıstan) – "Korvinul" (Rumıniya) cütünün qalibi
Xatırladaq ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.