"Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq".
Xeber-ps.com xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticəsi haqda fikirlərini bildirərkən deyib.
Mütəxəssis I təsnifat mərhələsində qarşılşacaqları "Şerif" klubunun (Moldova) tanış rəqib olduğunu söyləyib: "Avrokuboklarda 3 dəfə "Qarabağ"la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm".