NBA-da 2023/24 mövsümünün qalibi bəlli oldu

NBA-da 2023/24 mövsümünün final mərhələsində "Dallas Maveriks"lə "Boston Seltiks" üz-üzə gəlib.

Məlumata görə, ötən gecə keçirilən görüşdə "Boston Seltiks" rəqibini 106:88 hesabı ilə məğlub edib.

Ümumi seriyada da 4:1 hesabı ilə qalib gələn "Boston Seltiks" 18-ci dəfə NBA çempionu olub.

Qeyd edək ki, "Seltiks" NBA tarixində mütləq rekorda imza atıb. Bostonlular 17 çempionluğu olan "Los-Anceles Leykers"i arxada qoyub.

Mənbə: Sporx.com

0.095938920974731