Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən imtina edib

Braziliya millisinin sabiq ulduz futbolçusu Ronaldinyo ölkəsinin Amerika Kubokundakı görüşlərini izləməyəcəyini açıqlayıb.

44 yaşlı keçmiş futbolçu hesab edir ki, komandanın enerjisi tükənib, futbolçular bədbin təsir bağışlayır və zəif oyun nümayiş etdirirlər.

Qeyd edək ki, "sambaçılar" Amerika Kubokunun D qrupunda Kosta-Rika, Paraqvay və Kolumbiya yığmaları ilə qarşılaşacaqlar. Amerika Kubokuna ABŞ ev sahibliyi edir.

Mənbə: "Cartoloucos"

0.30026006698608