"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovun müqavilə müddəti AÇIQLANDI

Bu gün "Şamaxı"nın baş məşqçisi təyin olunan Ayxan Abbasovun müqavilə müddəti açıqlanıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 42 yaşlı mütəxəssislə bir illik sözləşmə imzalanıb.

O, bu postda Ramiz Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Ayxan Abbasov son olaraq "Turan Tovuz"da işləyib.

0.067880868911743