"Milan" klubunun yeni baş məşqçisi bəlli oldu

İtaliyanın "Milan" klubunu yeni mövsümdən etibarən 51 yaşlı mütəxəssis Paulu Fonseka çalışdıracaq.

Məlumata görə, portuqaliyalı ilə 3 illik müqavilə imzalanıb.

Paulu Fonseka bu postda Stefano Piolini əvəzləyib.

Qeyd edək ki, Paulu Fonsekanın son iş yeri Fransanın "Lill" klubu olub.

Mənbə: Skysports.com

0.069962024688721