Səkkiz yaşlı Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun anası Cəmilə Bədəlova məlumat verib.
O bildirib ki, övladı serebral iflic xəstəliyindən əziyyət çəkir:
"Hüseyn bir yaşına qədər tam sağlam uşaq olub. Bir yaşı olanda yıxılaraq başından ağır xəsarət aldı. Həmin gündən də o, serebral iflic oldu. Onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsam da, bəzən maddi olaraq bunu qarşılaya bilmirəm. Hazırda Hüseyn yenidən müayinə və müalicə üçün İrana getməlidir".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Ötən ilin dekabr ayında sizin saytın izləyicilərinin dəstəyi ilə mən Hüseyni İrana apara bildim, indi yenidən İrana gəlmişik. Gələndə gətirdiyim pulum demək olar tükənib, müalicəni bir az davam etdirib, daha sonra dərmanları alıb gəlməliyik. Bunun üçün hazırda 1 000 manata ehtiyacımız var. Mənim Hüseyndən balaca bir oğlum da var. Yoldaşımla doqquz aydan çoxdur ayrılmışıq, nə maddi, nə mənəvi heç bir dəstəyi yoxdur bizə. Hüseynin xəstəliyi ilə bağlı mən də işləyə bilmirəm, ancaq onun pensiyası ilə dolanırıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını yenidən xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 956-26-34.
Kapital Bank: 4169 7388 8606 7549.