UEFA Avropa Liqasında V turun görüşləri keçirilir.
Xeber-ps.com xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "AZ Alkmaar"la qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqlənməklə sülhə razılaşıblar - 1:1.
Bu nəticədən sonra Niderland klubu turnir cədvəlində 7 xalla 15-ci yerdə qərarlaşıb. "Aslanlar" isə 11 xalla ilk üçlüyü qapayır.