Adil Vəliyev: "Övladlığa götürülən şəxs rahatlıqla əmisi və ya dayısı qızı ilə evlənə bilər"

"Ailə Məcəlləsinə ona görə bioloji qohumluq anlayışını yazmışıq ki, övladlığa götürülən şəxsə qadağalar şamil olunmur".

"Report" xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib.

"Belə ki, övladlığa götürülən şəxs öz əmisi qızı, dayısı qızı, xalası qızı ilə rahatlıqla evlənə bilər. Digər maddədə isə şəxsin öz bioloji qohumluğu olan xalası, dayısı, əmisi ilə evlənməsi qadağa olunur. Onsuz da bu, mentalitetimizdə hər zaman tənzimlənib. Lakin yenə də eyni qaydada övladlığa götürülən şəxs nəzəri baxımdan sadalanan şəxslərlə ailə həyatı qura bilər. Bu şəxslərə qanun qadağa qoymur", - şöbə müdiri vurğulayıb.

0.093511819839478