"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Xeber-ps.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.
Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.