Bu gün nəşi tapılan hərbçimizin təxris olunmasına 20 gün qalıbmış

"Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib, evə gələcəkdi".

Bu sözləri globalinfo.az-a açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən hərbçimizin atası Tofiq Hüseynov deyib.

O, oğlunun ali təhsilli olduğunu bildirib:

"Ceyhun 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdu. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi".

Tofiq Hüseynov qardaşının da şəhid olduğunu deyib:

"Ceyhun adını daşıdığı əmisi Ceyhun Tahir oğlu Hüseynov 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub".

Onun Ordubad rayonunda dəfn olunacağı bildirilib.

İyunun 9-da naməlum şəraitdə itkin düşən, bu gün isə nəşi tapılan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun fotoları yayılıb.

Xeber-ps.com həmin fotoları təqdim edir:

İyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi aşkar edilib.

Bizim.Media naməlum şəraitdə nəşi tapılan hərbi qulluqçu ilə bağlı bəzi təfərrüatı əldə edib.

Məlumata görə, əslən Ordubaddan olan Ceyhun Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub. Universitetə yüksək balla daxil olub və qırmızı diplomla bitirib. O, magistratura təhsilini Çində alıb.

Qeyd edək ki, fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib və müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib. Eyni zamanda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

0.31742000579834