Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Böyük Qələbə münasibətilə Azərbaycan xalqı təbrik etdi.
Əziz həmvətənlərim, ikinci Qarabağ-Vətən müharibəsi bizim Qələbəmizlə yekunlaşdı. Düşmən kapitulyasiya etdi.
Bu gündən başlayaraq 28 il ərzində işğal olunan torpaqlarımız 20 gün ərzində tam olaraq erməni silahlı qoşunlardan azad olunacaq. 44 gün ərzində müzəffər ordumuz Ali Baş Komndanın rəhbərliyi altında torpaqlarımızı azad etdi. Bu Qələbə həm Qarabağı qaytardı, həm də Naxçıvana yol açdı. Bu böyük bir nailiyyətdir.
Digər bir vacib məsələni qeyd etmək istərdim. Bölgədə sülhün qarantı təkcə Rusiya deyil, qardaş olkəmiz Türkiyə də olacaq. Türk hərbçiləri sülhyaradıcı rus kontingentilə birlikdə iştrak edəcəklər. Ona görə, bu Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Qarabağda normal həyat qısa bir zamanda normallaşanqdan sonra bu sülhməramlı qüvvələrə ehtiyac qalmıyacaq. Qarabağ Azərbaycanındır! Bu birmənalıdır.
Bir daha sizi təbrik edirəm.
Tanrı Azərbaycan xalqını qorusun!