Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1997-ci il təvəllüdlü A.Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı 1987-ci il təvəllüdlü Rafael Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.