Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 ədəd spirtli içki olan viskinin oğurlanması barədə polisə məlumat daxil olub.
Xeber-ps.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Vüsal Məmmədli saxlanılıb. Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyən edilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsində yerləşən mağazaya satıb.
Qeyd edilib ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib. V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Bakıda oğrunu ayaq izləri ələ verdi