Milli komandalarımızın Avropa Kubokundakı rəqibləri bəlli olub

Azərbaycanın qadın və kişilərdən ibarət 3x3 basketbol millilərinin Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokunda potensial rəqibləri müəyyənləşib.

Xeber-ps.com xəbər verir ki, qadınların turnirində Azərbaycan millisi ilə yanaşı, Avstriya (ev sahibi), Niderland (2023-cü ilin qalibi), Fransa, Almaniya, Macarıstan, İspaniya və İtaliya komandaları iştirak edəcəklər.

Kişi basketbolçularımızın rəqibləri isə Avstriya (ev sahibi), Serbiya (2023-cü ilin qalibi), Litva, Niderland, Fransa, İspaniya və Xorvatiya komandaları olacaqlar.

Bratislava (Slovakiya) və Buxarest (Rumıniya) şəhərlərində iyunun 15-16-da keçiriləcək seçmə turnirlərdən sonra daha dörd komanda Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, 9-cu dəfə keçiriləcək Avropa Kubokda 12 kişi və 12 qadın komandası mübarizə aparacaq. Azərbaycan milliləri Kosovonun paytaxtı Priştinada keçirilən seçmə turnirdə qalib gələrək yarışın final mərhələsində oynamaq hüququna yiyələnib.

0.078567981719971