"Atletiko Madrid"in futbolçusu "Beşiktaş"a keçə bilər

"Atletiko Madrid"in və Çernoqoriya millisinin mərkəz müdafiəçisi Stefan Saviç "Beşiktaş"a keçə bilər.

Bu barədə jurnalist Yağız Sabuncuoğlu "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb.

Məlumata görə, Türkiyə klubu futbolçuya üç il müddətinə müqavilə təklif edib. Futbolçunun nümayəndəsi bu təklifə baxılması üçün vaxt istəyib.

Daha əvvəl futbolçunun mövsümün sonunda azad agent kimi "Atletiko"dan ayrılacağı bildirilirdi.

Xatırladaq ki, 33 yaşlı Saviç 2015-ci ildən ispan klubunda çıxış edir.

0.087162017822266