Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
1989-cu il təvəllüdlü Sərxan Saleh oğlu Namazov küçədə dava zamanı bıçaqlanıb.
O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanada S.Namazov cərrahi əməliyyat edilib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildiriblər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.