Xoşqədəm Hidayətqızı: "İlhamə Quliyevanın mənə verdiyi brilyant boyunbağı saxta çıxdı"

Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevadan aldığı hədiyyədən danışıb.

Axşam.az xəbər verir ki, Xoşqədəm İ.Quliyevanın ona brilyant boyunbağı hədiyyə etdiyini, lakin saxta çıxdığını vurğulayıb:

"Ad günüm günü idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha o boyunbağını boğazımdan çıxarmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Etmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də brilyantdır. Bu bijuteriyadır. Bəlkə onun özünü də aldadıblar, deyə bilmərəm. Amma ilk aldığım brilyant hədiyyə idi, o da saxta çıxdı. Özüm hədiyyə edəndə adıma layiq edirəm. Hədiyyəni sevirəm. Xüsusilə, ad günlərimdə gözləyirəm".

1.6045410633087