"Qalatasaray"lının qolu Çempionlar Liqasında mövsümün ən yaxşısı seçildi - VİDEO

UEFA Çempionlar Liqasında azarkeşlərin seçiminə görə 2023/2024 mövsümünün ən yaxşı qolu müəyyənləşib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən, Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Tetenin qolu ən yaxşı adına layiq görülüb.

24 yaşlı braziliyalı hücumçu Danimarkanın "Kopenhagen" komandası ilə qrup matçında fərqlənib.

Qeyd edək ki, həmin qarşılaşma heç-heçə başa çatıb - 2:2.

0.062453985214233