Bu gün kişilərdən ibarət 3x3 basketbol millimiz Ermənistanla qarşılaşacaq

Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Xeber-ps.com-ın məlumatına görə, turnirdə ilk olaraq kişi basketbolçular iştirak edəcəklər.

Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.

Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.

8 iyun

Kişilər

11:30. Ermənistan - Azərbaycan

16:10. Azərbaycan - Kosovo

19:40. Kipr - Azərbaycan

23:45. Azərbaycan - Albaniya

Qadınlar

17:50. Azərbaycan - Malta

23:20. Azərbaycan - Lüksemburq

Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.

0.066748142242432