"İngiltərə" "İslandiya" ilə görüşdə məğlubiyyətlə barışmalı olub

AVRO-2024-ün finalına əsas namizədlərdən sayılan İngiltərə millisi İslandiya ilə görüşdə məğlub olub.

Xeber-ps.com xəbər verir ki, görüşün favoriti İngiltərə millisi sayılsa da, oyun İslandiyanın minimal hesablı qələbəsi ilə başa çatıb.

Yan Daqurun 12-ci dəqiqədə vurduğu qol görüşün yekun hesabını müəyyənləşdirib - 1:0.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün C qrupunda Serbiya, Danimarka və Sloveniya seçmələri ilə qarşılaşacaq.

0.061790943145752