Naftalanda güllə yarası alan 37 yaşlı kişi ölüb

Naftalan şəhərində yerli sakin aldığı güllə yarasından vəfat edib.

"Report"un məlumatına görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Anar Əliyev odlu silahdan açılan atəş nəticəsində ölüb.

Hadisənin səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

0.070316076278687