"Beşiktaş"ın yeni çalışdırıcısı bəlli oldu

"Beşiktaş" baş məşqçi postu üçün Covanni van Bronhorst ilə razılığa gəldiyini açıqlayıb.

Xeber-ps.com xəbər verir ki, İndoneziya əsilli niderlandlı məşqçi sonuncu dəfə 2022-ci ildə Şotlandiya Premyer Liqa komandalarından olan "Reyncers"i çalışdırıb.

Mütəxəssisin rəhbərliyi altında "Reyncers" ilk mövsümdə çempionluğu "Seltik"ə uduzub, Avropa Liqasının finalına yüksəlib. Lakin burada da penaltilər seriyasında "Frankfurt"a məğlub olub.

Əvəzində, komanda Şotlandiya kubokunu qazanıb.

Növbəti mövsüm komanda Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi altı oyunun hamısında uduzub. Liqada yenə "Seltik"dən geri qalıb. Van Bronhorst noyabrın 21-də vəzifəsindən azad edilib.

0.07180380821228