Aysun İsmayılova: "Evdə köməkçim yoxdur, işləri özüm edirəm"

Avqust ayında ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova ailə həyatından danışıb.

Xeber-ps.com xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan müğənni, yeməkləri özünün hazırladığını bildirib.

Qonaq qarşılamağı sevdiyini deyən Aysun, həyat yoldaşının ona restoran açmağı təklif etdiyini deyib:

"Evdə köməkçim yoxdur, hər işimi özüm edirəm. Həftədə bir dəfə qadın gəlir paltar ütüləməyə kömək edir. 15-20 dəqiqə ərzində yemək hazırlaya bilirəm. Yoldaşım da hər dəfə deyir ki, gərək sənə restoran açaq".

0.076143026351929