"Napoli" klubunun sükanı Antonio Konteyə həvalə olunub

İtaliyanın "Napoli" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Məlumata görə, "neapollular"ı yeni mövsümdən etibarən Antonio Konte idarə edəcək.

Onun müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 54 yaşlı italiyalı mütəxəssis son olaraq 2023-cü ildə İngiltərədə "Tottenhem"i çalışdırıb.

Mənbə: Givemesport.com

0.093055009841919