Avtomobil sənayesində yeni dövr: İnsanabənzər robotlar iş başında

Çinin avtomobil sənayesində yeni era başlayır. Belə ki, artıq zavodlarda insanabənzər robotlar çalışır.

Bu məqsədlə "Dongfeng" və "Ubtech Technology" şirkətləri razılığa gəliblər.

Məlumata görə, "Walker S" adlı robot-android təhlükəsizlik kəmərlərini və qapı qıfıllarını yoxlayacaq, gövdələrin qaynaq keyfiyyətinə nəzarət edəcək. Bundan əlavə, o bəzi fiziki tapşırıqları özü yerinə yetirəcək: məsələn, mühərrik yağı tökəcək və müxtəlif etiketlər yapışdıracaq. O həmçinin, elektronika ilə işləyə biləcək.

Qeyd olunur ki, "Walker S" 1,7 metr hündürlükdə sənaye sinifli robotdur, proporsiyaları insanı xatırladır. Sensor imkanları sayəsində robot ətraf mühiti qavramaq, obyektlər və insanlarla qarşılıqlı əlaqədə olmaq qabiliyyətinə malikdir.

Mənbə: Carnewschina.com

0.23797202110291