Cokoviçdən yeni dünya rekordu

Serbiyalı Novak Cokoviç tennis üzrə Fransa açıq çempionatının (Rolan Qarros) dördüncü tur matçında argentinalı Fransisko Çerundoloya qalib gəlib.

Parisdə keçirilən görüş 6:1, 5:7, 3:6, 7:5, 6:3 hesabı ilə Cokoviçin xeyrinə başa çatıb. 1/4 finalda serbiyalı tennisçi norveçli Kasper Ruud və ABŞ-li Teylor Fritz arasında keçirilən görüşün qalibi ilə oynayacaq.

Cokoviçin 370-ci "Böyük Dəbilqə" matçındakı qalibiyyəti 1968-ci ildən bəri kişi və ya qadın arasında mütləq rekorddur. Əvvəlki rekord belə yarışlarda 369 qələbə qazanan isveçrəli Rocer Federerə məxsus idi.

37 yaşlı Cokoviçin 98 ATP qələbəsi, o cümlədən 24 "Böyük Dəbilqə" çempionluğu var. O, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008) və Devis Kubokunun qalibidir (2010).

Mənbə: TASS

0.070300102233887