Azərbaycan millisi Basketbol üzrə Dünya Qadın Seriyasına qələbə ilə başlayıb

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilib.

Xeber-ps.com xəbər verir ki, turnirinin açılış oyununda Azərbaycan millisi və "Baku Flames" komandası üz-üzə gəliblər.

Gərgin mübarizə ilə keçən görüş Azərbaycan millisinin 21:6 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Qeyd edək ki, Qəbələ mərhələsinə iyunun 3-də yekun vurulacaq.

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start veriləcək.

Xeber-ps.com xəbər verir ki, turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edəcək. A qrupunda Azərbaycan, Portuqaliya, yığmaları, həmçinin "Baku Flames" və "Warsaw Lotto" (Polşa) klubları mübarizə aparacaq. B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri ilə yanaşı, "Barcelona Panthers" (İspaniya) klubu yer alıb.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcək.

İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Qeyd edək ki, Qəbələ mərhələsinin açılış oyunu saat 16:30-da Azərbaycan millisi və "Baku Flames" klubu arasında baş tutacaq.

Anar Həsənov

0.069093942642212