Rusiyanın dünyada axtardığı "təhlükəli cinayətkar" Bakıda tutuldu

Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 36 yaşlı Fuad Rzayev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları F.Rzayevi "təhlükəli cinayətkar" qismində təqdim edərək barəsində dövlətlərarası axtarış elan edib. F.Rzayev Rusiya sərhədlərini tərk etdiyi üçün onun saxlanılması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına da sorğu göndərilib.

0.094770908355713