Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) professoru, kimya elmləri doktoru Vidadi Hüseynov vəfat edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, o, ötən gün 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, V.Hüseynov 1950-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olub. 1975-ci ildən AMEA-da işləyib.